Dekabr ayından Türkiyə Suriyanın şimalındakı kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyatları bərpa edə bilər.
Musavat.com xəbər verir ki, məlumatı “Türkiyə Today” keçid dövrü prezidenti Əhməd əş-Şaraaya istinadən yayıb.
Suriya prezidenti bildirib ki, SDQ Suriya ordusuna inteqrasiya olunmasa, SDQ ilə razılaşma həyata keçirilməsə, “Türkiyə hərbi əməliyyatlara əl ata bilər”. O izah edib ki, martın 10-da aparılan danışıqlardan sonra kürd qüvvələri Suriya təhlükəsizlik qüvvələrinə inteqrasiya haqqında saziş imzalayıb. Bununla belə, “SDF daxilindəki bəzi fraksiyalar sazişin icrasını sabotaj edərək prosesi ləngidibilər”.
Əl-Şaraa vurğulayıb ki, “Suriyanın şimal-şərqində SDQ ilə bağlı vəziyyət təkcə Türkiyə üçün deyil, həm də İraq üçün milli təhlükəsizlik təhdididir”. O əlavə edib ki, Dəməşq indiyədək Ankaranı SDQ-yə qarşı hərbi əməliyyatlardan çəkinməyə inandıra bilib. Bununla belə, “dekabr ayına qədər inteqrasiya əldə olunmasa, Türkiyə hərbi əməliyyatlara başlaya bilər”, o əlavə edib.
Dövlət başçısı həmçinin bəyan edib ki, “Suriyada kürdlərin hüquqlarının qorunması və bərabərliyinin təmin edilməsi” onun “əsas prinsipi”dir: “Mən kürdlərin hüquqlarına digərlərindən daha çox əhəmiyyət verirəm”.
Musavat.com