Türkiyə - Suriya sərhədində zəlzələ oldu

Suriya-Türkiyə sərhədində 4,2 bal gücündə zəlzələ olub.

Musavat.com xəbər verir ki, martın 6-da yerli vaxtla 23:29-da 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Suriya sərhədinə yaxın, Türkiyə ərazisindən 9 km məsafədə yerləşib.

Hazırda dağıntı və tələfat barədə rəsmi məlumat verilməyib. Yeraltı təkanların ətraf bölgələrdə də hiss edildiyi bildirilir. Mütəxəssislər mümkün afterşokların ola biləcəyini qeyd edirlər. 

 

Musavat.com

Screenshot_1.png (80 KB)

07.03.2025 00:01
381