Türkiyə-Suriya sərhədində güclü zəlzələ

Suriyanın Həma şəhərində ard-arda baş verən zəlzələ Türkiyənin Hatay və Şanlıurfa şəhərlərində də hiss edilib. 

Musavat.com xəbər verir ki, Suriyada ard-arda 5.2 və 3.9 bal gücündə zəlzələlər olub. 

Zəlzələ insanları təşvişə salıb. Dağıntı barədə məlumat yoxdur. 

 

Musavat.com

13.08.2024 01:23
640