1972-ci ildən bəri Türkiyənin tikinti şirkətləri dünyanın 134 ölkəsində 11 768 irihəcmli tikinti layihəsi icra ediblər. Musavat.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Ticarət Nazirliyi açıqlayıb.
Məlumata görə, həyata keçirilən layihələrin ümumi dəyəri 482 milyard dollar təşkil edir.
Qeyd olunan dövrdə Türkiyə şirkətləri ən çox Rusiyada - 97,9 milyard dollarlıq tikinti həyata keçiriblər. İkinci yerdə 50,8 milyard dollarlıq tikinti ilə Türkmənistan, üçüncü yerdə 33,2 milyard dollarlıq tikinti ilə İraq, daha sonra 30, 2 milyard dollarla Liviya, 27,9milyard dollarla Qazaxıstan gəlir.
Türkiyə şirkətləri xarici ölkələrdə ən çox yaşayış mənzilləri və yolların tikintisini həyata keçiriblər.
Musavat.com