Türkiyə silahlı qüvvələri Suriyanın şimalında terrorçuları zərərsizləşdirib

Türkiyənin Milli Müdafiə Nazirliyi bazar günü PKK-YPG terror təşkilatının Suriya qanadından olan iki silahlının Suriyanın şimalında zərərsizləşdirildiyini açıqlayıb.

APA-nın idarəyə istinadən verdiyi məlumata görə, PKK/YPG silahlıları Şanlıurfa vilayətinin Akçakale bölgəsində sərhədin bir hissəsinə hücuma hazırlaşırmış.

05.03.2023 22:47
367