Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım Günü münasibətilə “Twitter”də paylaşım edib.

Musavat.com xəbər verir ki, paylaşımda deyilir:

“27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!”

27.09.2022 11:41
652