Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Bakıdakı səfirliyi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, - təbrikdə deyilir.

15.06.2022 03:08
505