Türkiyənin sahil mühafizə xidməti Balıkəsir əyalətində 51 qanunsuz miqrantı xilas edib.
APA-nın Anadolu agentliyinə istinadla xəbərinə görə, Yunanıstan hərbçiləri miqrantları zorla Türkiyə tərəfə yönəldib.
Xilas edilənlərə müvafiq yardım göstərilib.