Qərbin sanksiyalarına baxmayaraq, Türkiyə mühüm və böyük qonşusu olan Rusiya ilə əlaqələri dayandıra bilməz.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşek Vaşinqtondakı Brookings İnstitutunda çıxışı zamanı Türkiyənin Rusiyaya qarşı Qərb sanksiyaları kontekstində ticarətdə balansı necə qurduğuna dair sualı cavablandırarkən deyib: “Biz Rusiya da daxil olmaqla, qonşularımızla əlaqələri kəsə bilmərik”.
Eyni zamanda nazir qeyd edib ki, Türkiyə ikinci dərəcəli sanksiyalara məruz qalmamaq üçün son dərəcə ehtiyatlı davranmağa başlayıb: “Əslində, bizim maliyyə sistemimiz “həddindən artıq uyğunluq” rejiminə keçib. Tədbirlərimiz bəzi sanksiya olmayan malları da əhatə edir. Biz ərzaq, hazır məhsul və sair satan həm Rusiya, həm də Türkiyə tərəfdaşlarından şikayətlər alırıq, lakin sanksiyalar kontekstində bizə qarşı heç bir risk olmadığına əmin olmaq istəyirik”.
Musavat.com