Türkiyə qaz anbarlarının tutumunu ikiqat artırır - SƏBƏB

Türkiyə hökuməti Silivri və Tuz Gölüdəki iki qaz anbarının həcmini iki dəfə artırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İstanbulun qərbində yerləşən Silivri qaz anbarı hazırda 4,6 milyard kubmetr, Aksaray vilayətindəki Tuz Gölü anbarı isə 1,2 milyard kubmetr üçün nəzərdə tutulub. 2028-ci ilə qədər onların tutumunun ümumilikdə 12 milyard kubmetrə çatdırılması planlaşdırılır.

ÇANAKKALE OLAY - Enerji ve Tabii Kaynaklar Bakanı Alparslan Bayraktar  Kimdir? İşte Hayatı, Kariyeri ve Başarıları!

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib: “BOTAŞ 2028-ci ilə qədər toplam anbar tutumunu 12 milyard kubmetrə çatdırmağı planlaşdırır”.

Ankaradan verilən məlumata görə, BOTAŞ artıq potensialın genişləndirilməsi üçün işlərə başlayıb. Həmçinin 2024-cü ilin sonuna qədər Silivridə 4,2 meqavat gücündə yeni külək elektrik stansiyasının tikintisi planlaşdırılır. Bundan əlavə, Tuz Gölüdə əlavə 30 meqavatlıq yeni yarımstansiya tikiləcək.

Bundan əvvəl Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışev Türkiyəyə qazı Ukraynadakı yeraltı anbarlarda saxlamağı təklif etmişdi. Çernışev əməkdaşlığın genişləndirilməsinin regionda sabitliyə və enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğulayıb.

Musavat.com

05.05.2024 18:49
1165