Türkiyə Çin və ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük Pilotsuz Uçan Aparat (PUA) təchizatçısı oldu.
BAKU.WS xəbər verir ki, Türk PUA-larının döyüş meydanındakı uğurları dünyada ad qazanıb.
Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi PUA-ların qlobal bazarı ilə bağlı hesabat dərc edib. Sözügedən hesabata görə, Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA təchizatçısı olub. Çin, Türkiyə və ABŞ 2018-ci ildən bəri 40 müxtəlif ölkəyə ümumilikdə 69 silahlı hərbi PUA satıb.
Türkiyə bu satışların 65 faizini reallaşdırdığı halda, Çin 26 faizini, ABŞ isə cəmi 8 faizini həyata keçirə bilib.