Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklifin müzakirələri Türkiyə Böyük Millət Məclisində səs qoyulub.

Təklif 287 lehinə, 55 əleyhinə, 4 bitərəf olmaqla qəbul edilib.

Qeyd edək ki, indiyədək NATO-nun 29 üzvü İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

 

Musavat.com

24.01.2024 00:02
658