Türkiyə ordusunun Azərbaycanda qalma müddəti uzadıldı

TBMM-də Türkiyə ordusunun Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.

Müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.//Report

15.11.2023 20:11
2008