Türkiyə ordusu Suriyanın şimalında 15 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” [əməliyyatları] bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda diqqətə çatdırılıb.

Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.

27.10.2024 13:13
175