Türkiyə ordusu İraqın şimalında iki terrorçunu məhv etdi

Türkiyə ordusu İraqın şimalında 2 terrorçunu məhv edib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, terrorçular İraqın Metina bölgəsində, "Pəncə-Kilid" əməliyyatı zonasında zərərsizləşdiriblər.

"Türkiyə ordusu terrorçuları məhv etməyə davam etməkdə qərarlıdır", - deyə Nazirlikdən bildirilib.

25.06.2023 07:03
438