Türkiyə ordusunun İraqın şimalında terrorçulara qarşı hava zərbələri nəticəsində sentyabrın 17-dən 18-dək 17 yaraqlı zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, İraqın Kara bölgəsində 8, Kandil dağı ərazisində 5, Hakurqada isə daha 4 terrorçu məhv edilib.
“Türkiyə ordusu silahlıları öz baza ərazilərində məhv etmək üçün qəfil hücumlar həyata keçirməyə davam edəcək”, - deyə nazirlik vurğulayıb.
Daha öncə Ankara bildirmişdi ki, ilin əvvəlindən Türkiyə ordusu İraqın şimalında və Suriyada 2 mindən çox terrorçunu zərərsizləşdirib./Modern.az