Türkiyə ordusu 13 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın şimalındakı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgələrində PKK/YPK terror təşkilatının 13 üzvünü zərərsizləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorçular əməliyyat bölgələrinə hücum edərkən məhv edilib.

Musavat.com

31.01.2024 20:12
352