Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı olan PKK/YPG-nin Suriyanın Qamışlı bölgəsindəki “lider”lərindən olan Eymen Kolini keçirdiyi əməliyyatla zərərsizləşdirib.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki,Eymen Kolin keçmişdə sərhəddə təhlükəsizlik qüvvələrinə qarşı qarşıdurmaları təşkil edən şəxslərdən biri olduğu üçün MİT-in hədəfində idi
Daha sonra onun, Suriyadakı təşkilatın yüksək səviyyəli rəsmilərindən biri olduğu müəyyənləşib.
Bundan sonra əməliyyata start verilib.
Alınan kəşfiyyat məlumatı ilə Eymen Kolinin hərəkətləri addım-addım izlənilməyə başlanılıb. Uyğun şəraitdə həyata keçirilən uğurlu əməliyyatla terrorçu zərərsizləşdirilib.