Türkiyə MİT bu TERRORÇUNU MƏHV ETDİ

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan və 2015-ci ildən axtarışda olan Zilan Azak öldürülüb.

Onun kod adının “Sema Cuya Çevlik” olduğu bildirilir.

Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edirdi.

Musavat.com

 

20.08.2024 11:12
674