Türkiyə lirəsi (TL) 2023-cü ilin sonuna doğru xarici valyutalar qarşısında tarixi minimumu yeniləməkdə davam edir.
Türkiyədə dollar dekabrın 29-da 29,50 TL, avro isə 32,70 TL səviyyəsinə qədər bahalaşıb. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 1%, son 6 ayda isə 13,3% bahalaşıb. Avroda isə müvafiq olaraq 3,2% və 16% bahalaşma müşahidə edilib.
Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 29.39 TL, satış üzrə 29.45 TL müəyyən edib.
Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının dekabrın 29-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0576 manata ticarət edilir. (APA)