Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırdı - uduzan tərəf kim olacaq?

Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırdığını bəyan edib.

Bəs, bu məsələdə uduzan tərəf kim olacaq?

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov mövzuya bu cür şərh bildirib:

"İsrail 2023-cü ildə 5,4 milyard dollarlıq ticarət həcmi ilə Türkiyənin ixracat siyahısında 13-cü yerdədir. Bununla belə, 2023-cü ildə İsrailə ixrac əvvəlki illə müqayisədə təxminən 23 faiz azalıb. 2024-cü ilin birinci rübündə isə Türkiyənin İsrailə ixracatı 21,6 faiz azalıb. Ümumiyyətlə, Türkiyə-İsrail ticarət həcmi son 20 ildə 6 dəfə artıb. Hətta Qəzzada əməliyyatların başladığı oktyabr ayında ixrac özündən əvvəlki ilin eyni ayına görə 29 faiz artdı, idxal yüzdə 59 faiz azaldı. 2000-2022-ci illər arasında iki ölkə arasında ticarət balansı həmişə Türkiyənin xeyrinə olub.

Beləliklə, Türkiyə ticari münasibətlərdə İsraildən daha çox mənfəət əldə edirdi, nəinki İsrail Türkiyədən. Odur ki, rəsmi Ankaranın bu qərarı İsraillə müqayisədə Türkiyə iqtisadiyyatının özünə daha pis təsir edəcək".

Xalidə Gəray
Musavat.com

03.05.2024 14:41
971