Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim olub

Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Onlar Haburdakı sərhəd məntəqəsində təslim olublar", - bildirilib.

Terrorçuların İraqın şimalındakı sığınacaqlarından qaçdığı qeyd edilib.

Nazirlik PKK-ya qarşı əməliyyatların sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini xatırladıb.

23.01.2024 22:38
335