Türkiyə iqtisadiyyatının artım tempi ikiqat azaldı

Bu ilin ikinci rübündə Türkiyə iqtibsadiyyatı illik ifadədə 2,5 faiz artıb.

Musavat.com ölkənin statistika qurumuna (TÜİK) istinadən xəbər verir ki, birinci rübdəki 5,3 faiz artımla müqayisədə ikinci göstərici iki dəfədən çox azalıb. Bu, 2020-ci ilin ortalarından, yəni COVID-19 pandemiyasından bəri ən pis nəticədir.

Trading Economics ekspertlərinin konsensus proqnozu aprel-iyun aylarında Türkiyə ÜDM-nin artım tempinin 3,2 faizə enməsini nəzərdə tuturdu.
Ölkədə istehlak xərclərinin artımı ötən rübdə yanvar-mart aylarındakı 6,8 faizdən 1,6 faizə enib, çünki borclanma xərclərinin kəskin artması əhalinin alıcılıq qabiliyyətini aşağı salıb.

Dövlət xərcləri 0,7 faiz (birinci rübdə +5,4 faiz), ümumi kapital qoyuluşu 0,5 faiz (+9,3 faiz) artıb. İkinci rübdə ixracın həcmi dəyişməyib (birinci rübdə +4,3 faiz), idxal isə 5,7 faiz (- faiz) azalıb.

Türkiyənin ikinci rübündə ÜDM əvvəlki rüblə müqayisədə 0,1 faiz artıb. Yanvar-mart aylarında ÜDM artımı rüblük ifadədə 1,4 faiz təşkil edib. Beynəlxalq Valyuta Fondu Türkiyənin ÜDM artımının 2024-cü ildə 3,2 faiz, 2025-ci ildə isə 3,3 faiz olacağını proqnozlaşdırır.

 

Musavat.com

02.09.2024 22:07
642