Rusiyadan Türkiyəyə bank köçürmələri ətrafında vəziyyət gərgin olaraq qalır.
Musavat.com xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov RİA Novosti-yə deyib. Onun sözlərinə görə, Qərb Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlığını qəsdən pozur.
Yerxov daha əvvəl RİA Novosti-yə bildirib ki, amerikalılar Rusiya ilə işləyən türk bizneslərini “terror edir” və Vaşinqtonun bu şirkətlərə təzyiqi dövlətlərarası münasibət normalarına ziddir.
Diplomat aydınlaşdırıb ki, Rusiyadan Türkiyəyə ödənişlərlə bağlı problem əsasən qalmaqdadır və onun həlli istiqamətində işlər davam etdirilir. Eyni zamanda, bank sektorundakı mənbə RİA Novosti ilə söhbətində vurğuladı ki, ABŞ Türkiyə özəl banklarına təhdid tonunda ödəniş köçürmələrini diqqətlə yoxlamaq zərurəti ilə bağlı xəbərdarlıq edir.
Musavat.com