"İndiki İsrail hakimiyyətinin savaşı durdurmaq kimi bir niyyəti yoxdur. Əksinə, Qəzzada əməliyyatları daha da genişləndirmək və bölgəyə yaymağa çalıışırlar."
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində siyasi ekspert Sülhəddin Əkbər deyib.
O, bildirib ki, İsrail Ərdoğanı Səddam Hüseynlə müqayisə edir. Türklər isə, Netanyahunu Hitlerə bənzədir: "Təbii ki, bu cür məsələlər Azərbaycanın İsraillə münasibətlərinə də təsir edəcək. Ola bilsin ki, müəyyən bir mərhələdə proses dərinləşərsə, yəni, Türkiyə ilə İsrail arasında münasibətlər daha da pisləşərsə, bu Türkiyə ilə ölkəmiz arasında soyumaya da gətirib çıxara bilər."
Verilişdən həmin hissəni təqdim edirik.
Musavat.com