Türkiyədə baş verən şiddətli zəlzələni fürsət bilən ölkənin düşmənlərinin xain planları ifşa olunub.
BAKU.WS xəbər verir ki, bu barədə kəşfiyyat qaynaqlarına istinadən "haber7" portalı məlumat yayıb.
Bildirilir ki, "Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsi"nin (THKP-C) üzvləri zəlzələnin baş verdiyi bölgələrə sızaraq orada qarışıqlıq, xaos yaratmaq və hökumət əleyhinə fəaliyyət göstərmək niyyətindədir.
10 ildir Suriyada saysız-hesabsız qırğınlar törədən "THKP-C" terror təşkilatının lideri Mihrac Ural etnik ünsürlərdən istifadə edərək Hatayda əhalini hökumət əleyhinə qaldırmağa çalışır.
Terrorçular ümumi olaraq Hatay, Reyhanlı, Samandağı, Harbiye, Defne və Armutlu şəhərlərini hədəf seçiblər. Türkiyədə ələvilərin yaşadığı ərazilərdə xaos yaratmaq istəyən terrorçular ibadət ocağı, polis bölmələri, AFAD mərkəzləri və məscidlərdə aksiya keçirməyi planlaşdırıb. Bundan əlavə zəlzələ bölgələrindəki xristinalara məxsus kilsələr də hədəf kimi göstərilib.