Türkiyə Haaqa məhkəməsinə müraciət edəcək

Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün avqustun 7-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

Musavat.com report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

"İsraillə bağlı hazırladığımız dosyeni prosesdə iştirak etmək imkanı əldə etmək üçün çərşənbə günü Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik", - Fidan qeyd edib.

05.08.2024 21:07
775