İki ölkə arasında münasibətləri normallaşdırmaq üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında Ermənistan-Türkiyə sərhədində keçirilən görüşdən ilk foto ortaya çıxıb.
Musavat.com bu barədə "Sputnik Armeniya"ya istinadla məlumat verir.
Görüş yerli vaxtla saat 11:00-da başlayıb və iki mərhələdə baş tutacaq: sərhədin Ermənistan tərəfində, sonra Türkiyə tərəfində.
Danışıqların əvvəlki raundu iki il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.
Musavat.com