Türkiyə daha bir Avropa ölkəsinə qaz satacaq  

Türkiyə oktyabrın 1-dən etibarən Moldovaya gündə 2 milyon kubmetr qaz tədarük edəcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Anadolu" Agentliyi yayıb.

Agentlik ixracın hansı müqavilə və şərtlər əsasında reallaşacağını yazmayıb.

Moldova Rusiyadan kəskin qaz asılılığında qalan az sayda Avropa ölkələrindən biridir. Hazırda “Moldovaqaz”la “Qazprom” arasında köhnə borclar üstündə gərginlik yaşanır, tərəflər məsələni beynəlxalq arbitraja qaldırmaq istəyirlər.

Qeyd edək ki, Moldova sayca 4-cü Avropa ölkəsidir ki, Türkiyədən qaz alacaq. Bundan əvvəl Rumıniya, Bolqarıstan və Macarıstan Ankara ilə qaz ticarətinə dair müqavilə imzalayıb.

Musavat.com

28.09.2023 17:14
679