Türkiyə ordusu qırmızı kateqoriyalı, "Bervar" kod adlı terrorçunu zərərsizləşdirib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” səhifəsində yazıb.
“29 nəfərin şəhid olduğu 16 aksiyada şəxsən iştirak edən, qırmızı kateqoriyada axtarılan PKK-nın “Bervar” kod adlı terrorçusu Seyran Çomak Ağrıda zərərsizləşdirilib", - deyə Ali Yerlikaya paylaşımda bildirilib.
Musavat.com