Türkiyə sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün icazə istəməyəcək.
Bunu “Hürriyet” qəzetinə müsahibəsində Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər deyib.
Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri yayda İraqın şimalında ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı genişmiqyaslı quru əməliyyatı keçirmək niyyətindədir.
Gülər ABŞ-ın mümkün reaksiyasını şərh edərkən, “Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə tələb etmirik və lazım olanı edirik... Biz heç kimin əmrinə tabe olmamışıq və olmayacağıq” deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, Ankara yayda İraqla “sərhəd təhlükəsizliyi məsələsini həll etməyi” gözləyir. Onun sözlərinə görə, Türkiyə tərəfi Suriyada “təhlükəsizlik dəhlizi” (30-40 kilometr) yaratmağa da çalışır.//Publika.az