Türkiyə bu günə qədər Ukrayna limanlarından daşınan taxılın həcmini AÇIQLADI

Bu sabah etibarı ilə Ukrayna limanlarından daşınan taxılın miqdarı 721 min 449 min ton olub.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, taxıl daşınması davam edir.

"İnşallah qarşıdakı günlərdə bu, daha da artacaq. Hər hansı bir formada bu işin dayanmaması, yavaşlamaması, mümkün qədər sürətli və təhlükəsiz şəkildə ünvanlara çatdırılması üçün səylərimizi davam etdiririk", - deyə Akar əlavə edib.

22.08.2022 21:27
789