Türkiyə 60 milyon turistdən 60 milyard dollar əldə edəcək

Türkiyə 2024-cü ilin sonuna kimi 60 milyon turist qəbul edəcəyini və 60 milyard dollar turizm gəliri əldə edəcəyini gözləyir.

Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun dediyinə görə, iyul ayının sonuna olan məlumata əsasən, Türkiyəyə gələn turistlərin sayı 35 milyona çatıb:

“2024-cü ilin sonuna kimi biz 60 milyon turist və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyirik”.

Ərdoğan xatırladıb ki, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist gəlib, turizm gəlirləri isə 56 milyard dollar təşkil edib.

2023-cü ildə Türkiyəyə səfərlərin sayına görə birinci yeri Rusiya vətəndaşları tutub - 6,3 milyon nəfər. 2024-cü ildə Rusiyadan Türkiyəyə turist axını, proqnozlara görə, 7 milyon nəfərə çata bilər.

Musavat.com

01.09.2024 22:01
992