Türkiyə 20-dək xarici ölkənin vətəndaşlarının Livandan təxliyəsinə hazırlaşır

Türkiyə türklərin hava və dəniz yolu ilə Livandan mümkün təxliyyəsini həyata keçirməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Nazirlik bəyan edib ki, xarici vətəndaşların Türkiyə ərazisi vasitəsilə mümkün təxliyəsinə hazırlıq üçün 20-yə yaxın ölkə ilə işləyir.

İsrailin Livanın cənubuna qurudan hücuma başlaması ilə Livandakı təhlükəsizlik şəraitinin pisləşə biləcəyi, Türkiyə qurumlarının planlarına uyğun olaraq evakuasiya tələblərini yerinə yetirmək üçün koordinasiya mərkəzinin yaradıldığı qeyd edilib: “Əcnəbi vətəndaşların ölkəmiz ərazisindən təxliyyəsi ilə bağlı təlimatlar da müəyyən edilib və indiyədək dəstək istəyən 20-yə yaxın ölkə ilə lazımi hazırlıq işləri aparılır”.

Musavat.com

01.10.2024 21:05
876