Zaur Nəbioğlu aparıcısı olduğu "Rəngarəng" verilişində jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intihar səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Zaur Nəbioğlu ötən gün axşam saatlarında Türkan Məmmədlinin evinə getdiyini deyib:
"Xəbəri eşidən kimi onun evinə yollandım. Cütlüyün iki övladı qaldı. Övladlarını çox çətinliklə qazanmışdılar. Bəzi xəbərlər yayılıb ki, Türkan Məmmədli ilə Orxan ayrılıblar, bir evdə yaşamırdılar. Amma baxın, iki övlad var. Dünən Türkan Məmmədlinin halının nə qədər pərişan olduğunu gördüm. Həyat yoldaşını, uşaqlarının atasını itirən bir qadını gördüm. Allah rəhmət etsin.
Orxan Məmmədlinin meyiti ofisində tapılıb. O, hər zaman gülər üzü ilə fərqlənirdi. Elə faktlar var ki, bilmirəm, buradan söyləmək olar, yoxsa olmaz. Amma böyük məbləğdə borcunun olduğunu qeyd edim. Bu səbəbdən canına qəsd edib. Bir gün öncə oğlunu gəzdirməyə aparıb, onunla vaxt keçirib. İntihardan öncə yazdığı qeyddə 240 min manat borcu olduğunu bildirib".
Qeyd edək ki, Orxan Məmmədli “Avantaj” turizm şirkətinin rəhbəri idi. O, Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur.