Türk seysmoloq AÇIQLADI: Azərbaycandakı zəlzələ Türkiyədəkinin davamıdır?

Xəbər verdiyimiz kimi, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı türkiyəli seysmoloq Naci Görür Publika.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycan və Türkiyənin iqlimi bir-birindən fərqlənir:

“Ona görə də gecə olan zəlzələni Türkiyədə olan zəlzələ ilə müqayisə etmək olmaz. Çünki hər bir ölkənin seysmiklik xüsusiyyətləri və zəlzələ ocaqlarının dinamikası fərqlidir. Türkiyədə baş vermiş dəhşətli zəlzələdən artıq 5 ay keçib. Ona görə də Bakı və bölgələrdə olan zəlzələni Türkiyədə olan zəlzələnin davamı kimi dəyərləndirmək olmaz”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 42 min, yaralı sayı 100 min nəfərdən çoxdur.

04.07.2023 11:59
957