Türk polisindən qaça bilməyən PKK terrorçularI belə təslim oldular - ANBAAN VİDEO

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sosial şəbəkədə açıqladığı terror əməliyyatı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Türkiyədə polis maşınına atəş açan 3 terrorçunun tutulma anları kameralara əks olunub.

Sözügedən əməliyyat Türkiyənin Hakkari vilayətində baş verib. Yayılan görüntülərdə terrorçuların əllərini qaldıraraq xüsusi əməliyyat qruplarına təslim olma anları yer alıb.

Xüsusi təyinatlı polisin ötən şənbə günü Hakkaridə təşkil etdiyi əməliyyatda 2 PKK terrorçusu zərərsizləşdirilib, qaçmağa cəhd edən 1 terrorçu isə yaxalanıb.

Musavat.com

23.10.2022 15:04
1068