Türk Hava Yolları 3 ildən sonra bunu etdi

Türk Hava Yolları 3 illik fasilədən sonra mayın 21-dən İstanbul-Kabil marşrutu üzrə uçuşları bərpa edəcək.

Musavat.com xəbər verir ki, bu barədə TOLO News telekanalı məlumat yayıb.

Türk Hava Yollarının Kabilə son uçuşu 14 avqust 2021-ci ildə olub, bundan sonra şirkət ölkədəki siyasi rejim dəyişikliyi ilə əlaqədar Əfqanıstana uçuşları dayandırıb. 21 may 2024-cü il tarixindən etibarən Türk Hava Yolları həftədə dörd uçuş həyata keçirəcək.

Qeyd edilir ki, “Fly Dubai” və “Air Arabia” daha əvvəl Əfqanıstana uçuşları bərpa edib.

 

Musavat.com

28.04.2024 23:56
1167