Türkiyənin Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobusun aşması nəticəsində 15-i turist olmaqla 18 nəfər xəsarət alıb.
"Hürriyet" xəbər verir ki, avtobus Kapadokiyanın məşhur turizm bölgəsinin yerləşdiyi Nevşehirdən Alanyaya (Antalya vilayəti) gedirmiş.
İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib. Hadisə yerinə həkimlər və polislər gəliblər. Zərərçəkənlər xəstəxanalara çatdırılıblar.//Oxu.az