"Bəzən deyirlər ki, niyə özünə ölüm arzulayırsan? İnanın hər an öləcək kimi yaşaması və ölümü xatırlaması çox rahatdır. İnsana doğru yaşamağa və seçim etməyə çox kömək olur".
Bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb.
O, aktrisanın ölümü ilə hələ də barışa bilmədiyini vurğulayıb:
"Bəzən Tünüş (Tünzalə Əliyeva – red.) haqda öldü deyəndə çox əsəbiləşirəm. O, sadəcə dünyadan köçüb deyirəm və bir də nə zaman mən ölsəm, o zaman ölmüş olacaq Tünüş də. Allaha şükür edirik, belə məsləhət bildi. Allah “nəyə görəsiz" heç nə etmir”.
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra 2023-cü ilin yanvarında dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var. (Axşam.az)