"Tuncay"ın keçmiş həyat yoldaşı və nişanlısı MƏHKƏMƏLİK OLDU

"Kurtlar vadisi" serialında "Tuncay" obrazına həyat verən aktyor Osman Vöberin keçmiş həyat yoldaşı, diktor Müge Vöber və nişanlısı, aktrisa Binnaz Ekren üz-üzə gəlib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Binnaz Ekren Müge Vöberin sosial şəbəkədə onu təhqir etdiyini iddia edərək prokurorluğa şikayət edib.

B.Ekren sosial media hesabından verdiyi açıqlamada bildirib ki, Osman Vöberin ölümündən sonra aktyorun 2008-ci ildə boşandığı keçmiş həyat yoldaşı Müge Vöber tərəfindən o və yaxınları psixoloji zorakılıq, təzyiq və davamlı təqiblərlə üzləşməli olub.

Xatırladaq ki, Osman Vöber 2022-ci ildə 62 yaşında vəfat edib.

Musavat.com

10.03.2024 20:17
918