“Tüfəng çıxdı, mərdlik bitdi”, PUA gəldi... - indi nə olacaq?

Ermənistan xaricdən aldıqları silahları “gözə soxduqları” halda, PUA-lar haqda danışmaqda həvəsli deyillər 

Rusiyanın Ukrayna sərhədinə yaxın şəhər və qəsəbələrinin prezident seçkisi keçirildiyi günlərdə də hədəf alınmasının xüsusi mənası yoxdur. Görünən odur ki, Ukraynada müharibə uzandıqca, Rusiya əraziləri də bu zərbələrdən yaxa qurtara bilməyəcək. Düzdür, indi zərbə PUA-ları Moskvaya, Kremlədək uçub gələ bilmirlər. Amma son olaraq Ukrayna PUA-ları Rusiyanın Ryazan, Rostov, Volqoqrad və Krasnodardakı neft remalı zavodlarını vurublar. Eyni hücumları ən müxtəlif  PUA-larla Rusiya da Ukrayna ərazisində gerçəkləşdirir.   

64f8da440e8d164f8da440e8d2169403040464f8da440e8cf64f8da440e8d0.jpg (137 KB)

Rusiya və Ukrayna ayrı ayrılaqda da o qədər böyük ərazilərdir ki, hava məkanlarını raketdən qorumaq olar, amma  PUA  nanobəladır, müasir müharibə reallığıdır. Dronlar raket deyil ki, hava səmasını keçəndə radara salıb vurmaq olsun, yalnız onlar göründüyü halda hədəf ola bilirlər. O səbəbdən silahları ilə öyünməyi xoşlayan Rusiyanın PUA-lardan müdafiəyə hazırlıqlı olmamasının əsas səbəbi hələ onlarla effektiv mübarizə texnologiyasının yaradılmamasıdır. Əlbəttə ki, PUA texnologiyasının öncül şirkətləri ondan qorunmağa daha effektli üsulların da təklif edəcəklər, amma indi deyil...Yeni texnologiyaya dünyada elə bir tələbat var ki, anti-PUA silahları milyardlarla qazancın bada verilməsi olardı.  

photo_2024-03-16_10-07-18.jpg (186 KB)

Ona görə gözləmək olar ki,  PUA-lar yaxın illərdə orduların ən ciddi problemi kimi qalacaq. PUA almaqla iş bitmir, ondan istifadə və az-çox qorunmaq üçün də ordu birləşmələri  formalaşdırmaq lazım gəlir.  

IMG_6094.jpg (730 KB)

Fransanın Ermənistana PUA satıb-satması barədə məlumatların yoxluğu diqqət çəkir.    Ermənistan xaricdən aldıqları silahları “gözə soxduqları” halda, PUA-lar haqda danışmaqda həvəsli deyillər. Azərbaycan hərbi kəşfiyyatının əlbəttə ki, bu barədə bilgiləri var. Ermənistanın hücum dronu almağı parası varmı, bu da ayrı bir sualdır. Çünki PUA-ların qiymətləri şirkətlərin sirləri sayılsa da, baha olduğu dəqiqdir. Açıq mənbələrdə Fransanın xüsusilə TG (Turgis & Gaillard) şirkətinin dron istehsalında öncül mövqelərdə olduğu görünür. Avropanın ilk  ağır PUA-sı olan “Aarok”u da bu şirkət istehsal edib. Müxtəlif təyinatlı dronlar istehsal edən “Parrot” və “Delair” şirkətləri hazırda  Çinin analoji şirkəti “DJI” dən geridə qalırlar. “DJI”-nin dron satışında təxmini bazar payı 70%-dən çoxdur. Şirkətin 2023-cü il üçün gəliri təxminən 4 milyard dollar  qiymətləndirilir. Bunlar bəlkə də bir neçə il əvvəl sadəcə statistiklər üçün maraqlı ola bilərdi, amma dünya ölkələri orduları artıq yeni savaş texnologiyasına “aludə” olmağa başlayıb. Dron kəşfiyyatçılar düşmən hədəfini tapır, hücum dronları hədəfi vurur. Köhnə kişilər deyərdi ki, “tüfəng çıxdı, mərdlik bitdi”.  “Dron gəldi,  bəs indi nə olacaq”- onu isə demək çətindir.  Ukrayna müharibəsi Qərbin silah alverçilərinin biznesinə yaradı, indi  hücum dronlarının geniş istifadəsindən böyük pullar qazanılır.  

1710504066_747.jpg (51 KB)

Dronlarla müharibənin müasir tarixi kimi 2016-cı ildə Azərbaycandakı dördgünlük aprel  döyüşləri göstərilir. Nə dərəcədə ciddi fakdır, bunu hərbi ekspertlər deyə bilər. Azərbaycan dünyada dron müharibəsi edən və qələbə qazanan ilk ölkə kimi tarixə düşməsi əlbəttə qürurvericidir. Amma Ermənistanın da zərbə  PUA-ları olsaydı, o vaxt müharibənin  daha ağır nəticəsi ola bilərdi. Daha pisi isə o olacaq ki, bu zərbə dronlar çox tezliklə terror qruplaşmaların, hətta böyük mafiyaların da əlinə keçə bilər.  

Biz də PUA-larla mübarizəyə necəsə hazır olmalıyıq...  

Nazim SABİROĞLU, 
Musavat.com     

17.03.2024 18:15
1755