"Trendyol" üzərindən məhsullarını təqdim edən satıcıların fəaliyyətinə ciddi nəzarət edirik. Mallar vaxtında karqoya təqdim edilirmi, müştəri sorğularına vaxtında cavab verilirmi və sair.
Musavat.com xəbər verir ki, bunu "Trendyol Group"un baş icraçı direktoru Erdem İnan deyib.
O bildirib ki, bu hallarla bağlı daim analizlər aparılır, problemlərin aradan qaldırılması üçün satıcılara xəbərdarlıq edilir.
Erdem İnanın verdiyi məlumata görə, hazırda "Trendyol"un Türkiyədə 300 min satıcısı var:
"Onların sayını artırmaqla bərabər, keyfiyyətin də yüksəldilməsini diqqətdə saxlayırıq. Çünki müştərinin bizə üz tutmasının kökündə keyfiyyətli məhsul və keyfiyyətli xidmət dayanır".
Musavat.com