Məlum olduğu kimi Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” “PAŞA Holding” ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.
“Trendyol” və “PAŞA Holdinq” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
Bəs “Trendyol” və “PAŞA Holdinq” arasında anlaşma Azərbaycan e-ticarət ekosisteminə necə təsir edəcək ?
Mövzu ilə bağlı ekspert Osman Gündüz bildirib ki, “Trendyol”un Azərbaycana gəlişi çoxdan gözlənilirdi, amma onun "PAŞA Holdinq"lə anlaşma çərçivəsində gəlişi bir qədər gözlənilməz olub:
"Ötən günlər bu iki qurum İstanbulda keçirilən TEKNOFEST çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalayıblar.
Bu gəliş və anlaşma Azərbaycan bazarına necə təsir edəcək?
Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər.
Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərinin sayı 200-ə çatmışdı.
Əslində, digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi.
“PAŞA Holdinq”in bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində onlarla əməkdaşlığı da bu karqo şirkətlərinin gələcək taleyində mühüm rol oynayacaq
Bu baxımdan yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər.
“PAŞA Holdinq” son zamanlar yeni ödəniş sistemləri də formalaşdırıb. Güman ki, “Trendyol”, “Yemək” və s. servislər də yaxınlarda Azərbaycan bazarına daxil olacaq".
Bəs “Trendyol”un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlər necə olacaq?
Osman Gündüz bununla bağlı qeyd edib ki, anlaşmanı imzalayan “PAŞA Holdinq” rəhbəri Cəlal Qasımov daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını bildirib:
"Amma Azərbaycan bazarında olan bəzi brendlərin “Trendyol” vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik.
Ümid edək ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq".
Xalidə Gəray
Musavat.com