"Azərbaycanda fəaliyyətə başlamasından ötən 1,5 ildə "Trendyol" platformasından alış-veriş edənlərin 90 faizi Bakı və ətrafında yaşayanlardır".
Musavat.com xəbər verir ki, bu məlumatı "Trendyol Group"un Beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil Bakı ofisinin açılışı zamanı səsləndirib.
İlyarımda sayı 2 milyona çatan müştərilərin yalnız 10 faizinin regionlardan olduğunu bildirən "Trendyol" rəsmisinin sözlərinə görə, müvafiq infrastruktur təkmilləşdirildikcə, regionlara çatdırılma daha rahat olacaq və bu, müştərilərin sayını artıracaq. Nəticədə 2028-ci ilədək illik müştəri sayının 3 milyon çatdırılması hədəfinə nail olunacaq.
İrem Çağrı Yılandilin sözlərinə görə, Azərbaycandan olan müştərilərin 60 faizi moda tekstil, 20-25 faizi ev tekstili mallarını alırlar.
Musavat.com