"Traxtor" azarkeşlərindən şüarlar: “Urmiyə Türkündür, Türkün qalacaq!” - VİDEO

Bu gün keçirilən "Traxtor" - "İstiqlal" oyunu zamanı "Traxtor" klubunun azarkeşləri stadionda şüarlar səsləndiriblər.

Musavat.com xəbər verir ki, stadionda toplaşan minlərlə tərəfdar “Urmiyə Türkündür, Türkün qalacaq”, “Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz” kimi ifadələrlə mövqelərini açıq şəkildə bildiriblər.

Azarkeşlərin bu şüarları stadionda coşqu ilə qarşılanıb və sosial mediada da geniş müzakirələrə səbəb olub. Traxtor tərəfdarları uzun illərdir ki, milli kimlik və dil hüquqları ilə bağlı çağırışlar edir və oyunlar zamanı bu məsələləri gündəmə gətirməkdən çəkinmirlər. 

 

Musavat.com

04.04.2025 22:56
465