Trampla görüşdən sonra Makronu istefaya çağırdı

Fransa Prezidenti Emmanuel Makron Vatikanda amerikalı həmkarı Donald Trampla görüşdə alçaldılıb. Ona görə də vəzifədən getməlidir.

Bu fikirləri "Ayağa qalx, Fransa" partiyasının lideri Nikol Düpon-Enyan.

"Makronu nökər adlandırıblar. O, Fransaya inamı sarsıdıb. O getməlidir. Gəlin növbədənkənar prezident seçkiləri keçirək!", – Enyan sosial şəbəkədə yazıb.

O, nəşrə Papa Fransiskin dəfn mərasimindən əvvəl Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüş anını əks etdirən videonu əlavə edib.//Report

27.04.2025 19:40
903