Trampın xüsusi nümayəndəsi: "Rusiya haqlıdır" – TƏHLÜKƏLİ DİPLOMATİYA

Musavat.com biıdirir ki, prezident Trampın xüsusi nümayəndəsi olan Kit Kelloq Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını “ədalətli” adlandırıb. O, bildirib ki, Ukraynanın Alyansa üzv olması məsələsi gündəmdə deyil və bu yanaşma ən azı dörd NATO üzvü tərəfindən dəstəklənir.

Kelloqun sözlərinə görə, nə ABŞ, nə də Ukrayna hələlik Rusiyadan atəşkəslə bağlı rəsmi memorandum almayıb. Bununla belə, o, Kiyevi danışıqlardan çəkilməməyə çağırıb və əsas məqsədin “qan tökülməsini dayandırmaq” olduğunu vurğulayıb.

Kit Kelloq əlavə edib ki, 2 iyun tarixində İstanbulda keçiriləcək növbəti görüşdə Almaniya, Fransa və Böyük Britaniyadan təhlükəsizlik müşavirləri iştirak edəcək. Rusiya tərəfi isə danışıqlara yenidən Vladimir Medinskini göndərəcək.

Reuters agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin atəşkəs üçün irəli sürdüyü şərtlərə NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması və Rusiyaya qarşı bəzi sanksiyaların aradan qaldırılması daxildir. Kreml, həmçinin, Ukrayna, Gürcüstan və Moldova kimi ölkələrin NATO üzvlüyünün istisna olunmasını və Kiyevin neytral statusda qalmasını tələb edir.

Musavat.com

30.05.2025 08:56
932