Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi o olacaq - Diplomatik təcrübəsi YOXDUR...

Donald Trampın Rusiya əsilli hüquq müşaviri Boris Epşteyn Ukraynadakı müharibənin həlli üzrə xüsusi nümayəndə ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin iddialarına görə, Epşteyn Trampın seçkilərdə qələbə qazanmasından sonra nüfuzlu bir fiqur halına gəlib və özü Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün namizədliyini təklif edib.

Onun sözlərinə görə, "hər iki tərəfdən" yaxınları var.

Qəzet həmçinin qeyd edir ki, bu hüquqşünasın diplomatik təcrübəsi yoxdur və Arizonada 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə cəhd etməklə ittiham olunur.

İqbal RZAYEV,
Musavat.com

16.11.2024 21:36
374