Trampın sirli mesajı ABŞ-da səs-küy yaratdı: “Heç nə qarşısını ala bilməz...”  

 ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı qeyri-adi mesajla diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, o, özünün "Truth Social" hesabında fotosunu paylaşaraq üzərinə belə bir söz yazıb: “Dünya tezliklə anlayacaq. Qarşıda gələnlərin qarşısını heç nə ala bilməz”.

Tramp bu sözlərin konkret olaraq nəyə işarə etdiyini izah etməyib. Mesaj ABŞ ictimaiyyətində və mediada geniş müzakirələrə səbəb olub. Bir çox analitiklər bunun həm daxili siyasətlə, həm də beynəlxalq gündəliklə bağlı ola biləcəyini ehtimal edirlər.

Bəzi müşahidəçilər iddia edir ki, prezident bu cümlələrlə qarşıdan gələn seçki kampaniyası mərhələsini, yaxud ABŞ-ın xarici siyasətdə atacağı ciddi addımları nəzərdə tutur. Digər ekspertlər isə mesajın Trampın siyasi ritorikasına xas olan simvolik və şifrəli bir açıqlama olduğunu düşünür.

Hazırda Trampın paylaşımı Amerika mediasında “sirli xəbərdarlıq” kimi təqdim olunur və onun arxasında hansı planların dayandığı ilə bağlı ehtimallar gündəmi zəbt edib.

Musavat.com

31.08.2025 12:05
667